Biləsuvarın Nəsimi kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 06:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Digər yanğın hadisəsi isə Kürdəmirdə qeydə alınıb. Kürdəmir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 130 m2 olan kürsülü, birmərtəbəli 6 otaqlı evin 2 otağının və mətbəxinin tavanının yanar konstruksiyaları 20 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.