14 Mart 2017 11:53
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Emin Nəsirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Emin Nəsirov 12 il müddətinə azadlıqdan məhrum edilib. Bundan əvvəlki prosesdə prokuror Emin Nəsirovun 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İttihama görə, ötən il iyulun 8-də Quba rayonunun Nügədi-Qazmalar kəndində Birinci Nügədi kənd sakini, 1987-ci il təvəllüdlü Neymət Xəlilovun bıçaqla qətlə yetirilmiş meyiti tapılıb.

Araşdırma zamanı məlum olub ki, Xaçmaz rayon sakini, 1984-cü il təvəllüdlü Emin Nəsirov münaqişə zəminində bacanağı Neymət Xəlilovu bıçaqlayaraq öldürüb.

Hadisə sərxoş vəziyyətdə olan bacanaqlar arasında mübahisə zəminində baş verib. Qətli törədən Emin Nəsirov Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər