15 Mart 2017 10:17
892
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qax rayonunda qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Əlibəyli kəndi ərazisindəki çaydan Mingəçevir şəhər sakini, 1982-ci il təvəllüdlü Gülnar İbrahimovanın meyiti tapılıb.

Qax rayon polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Gülnar İbrahimovanın qətlə yetirildiyi məlum olub. Onun Yevlax şəhər sakini, 1969-cu il təvəllüdlü Mail Məmmədov tərəfindən öldürülməsi üzə çıxıb. Mail Məmmədov həbs edilib.

Məlumata görə, hadisədən əvvəl Mail Məmmədov Gülnar İbrahimova kafelərdən birində yeyib-içiblər. Sərxoş olan kişi ilə qadın mübahisə etməyə başlayıblar. Bu zaman Mail Məmmədov Gülnar İbrahimovanı döyərək, xəsarət yetirib. Daha sonra huşunu itirən qadını çaya atıb.

Mail Məmmədovun əvvəllər məhkumluq həyatı yaşadığı bildirilir. Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər