Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik maddə satmaqda təqsirləndirilən Cəlilabad rayon sakini Toğrul Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Rahib Salmanovun sədrlik etdiyi prosesdə hökm oxunub.
Toğrul Əsgərov 9 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad şəhər sakini Toğrul Əsgərovun Nəsimi rayonu ərazisində kirayədə yaşadığı evinə baxış zamanı oradan 3 kiloqram 500 qram tiryək aşkar edilərək götürülüb.
Toğrul Əsgərov Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama) maddəsilə ittiham edilir.
Toğrul Əsgərov basketbolçu olub. O, ölkənin bir-neçə basketbol klublarında oynayıb, "Qala" basketbol klubunun üzvü olub.
Hacı Zeynalov