15 Mart 2017 15:20
2 124
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan və hazırda həbsdə olan kriminal avtoritet Nadir Səlifovun bacısının həyat yoldaşı Vidadi Huseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevannın sədrliyi ilə keçirilən prosesə təqsirləndirilən şəxsin vəkili Kamandar Nəsibovun məhkəməyə gəlmədiyi məlum olub.

Prosesə sədrlik edən hakim bildirib ki, Kamandar Nəsibov MTN generalı Akif Çovdarovun da müdafiəçisidir: “Kamandar Nəsibov hazırda Bakı İstintaq Təcirxanasında müvəkkili ilə görüşür. Kamandar Nəsibov məhkəməyə zəng edib, gələ bilməyəcəyini dedi. Buna görə prosesi təxirə salmaq məcburiyyətindəyik".

Proses qeyri-müəyyən günədək təxirə salınıb.

İttihama görə, Vidadi Hüseynov 2016-cı ilin aprel ayının 30-da Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 4 ünvanın qarşısında həbs edilib. Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılan Vidadi Hüseynovun üzərindən 12,360 qram heroin aşkar edilib.
Vidadi Hüseynov Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər