16 Mart 2017 09:59
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda intihar hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, rayonun 7-ci mikrorayonu ərazisində qeydə alınıb.

Gecə saat 02 radələrində Süleyman Sani Axundov küçəsində evlərdən birində yaşayan 1989-cu il təvəllüdlü Mövlud Abdullayev özünü 17-ci mərtəbənin eyvanından ataraq ölüb.

Mövlud Abdullayev həmin evdə kirayə yaşayırmış.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, intihar edən Abdullayev Mövlud gənc yazardır və o, Mövlud Mövlud imzası ilə tanınıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər