Bakıda bir gündə iki silahlı şəxs yaxalanıb.
Daxili İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, martın 15-də Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Mərdəkan qəsəbə sakini Namiq Qafarovdan nömrəsi silinmiş "TT" markalı tapança və 3 ədəd patron götürülüb.
Həmin gün Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Vasif Abbasovdan 4,726 qram tiryək, 8 ədəd 50 milliqramlıq tramadol, 1 ədəd 300 milliqramlıq pregavalin, 2 tropikamiddin polimer qabda olan maye, yaşadığı evə baxış zamanı isə 1 kiloqram 545 qram tiryək və nömrəsi silinmiş "Naqan" markalı tapança aşkar edilərək götürülüb.