Bərdə rayonunda qətl hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun mərkəzində, Füzuli küçəsində qeydə alınıb.
Rayon sakini Hafiz Məmmədov bacısı 21 yaşlı Leyla Məmmədovanın başından balta ilə vuraraq qətlə yetirib.
Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov