Bakının Qaradağ rayonunda itkin düşən məktəblinin meyiti tapılıb. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Qızıldaş qəsəbəsində qeydə alınıb.
2004-cü il təvəllüdlü Toğrul Sultanovun itkin düşməsi barədə polisə məlumat daxil olub. Bir neçə ay polis tərəfindən itkin düşən məktəblinin axtarışları aparılsa da, onu tapmaq mümkün olmamışdı.
Toğrul Sultanovun meyiti martın 15-də Qızıldaş qəsəbəsindən keçən su kanalından aşkar edilib.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Qaradağ rayon şöbəsinə aparılıb.
Toğrul Sultanovun qətlə yetirildiyi və ya intihar etmək məqsədilə özünü kanala atması versiyaları araşdırılır.
Toğrul Sultanov 180 saylı orta məktəbin 7-ci sinfində oxuyurdu.
Faktla bağlı Qaradağ rayon Prokurorluğunda araşdırma aparılır.
Hacı Zeynalov