Bakının Xətai rayonunda faciəli hadisə baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Babək prospektində qeydə alınıb.
Prospektdəki tikilməkdə olan 16 mərtəbəli binanın 2-ci mərtəbəsində Tovuz rayon sakini Muradxan Qarayev məişət tullantılarını yandırarkən yanıq xəsarətlər alıb.
Xəstəxanaya yerləşdirilən Muradxan Qarayev orada ölüb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Hacı Zeynalov