Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Aygün Akimova və İlham Baxşıyevim cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra Aygün Akimovanın vəkili vəsatətlə çıxış edib. O, müvəkkilinin ev dustaqlığına buraxılmasını istəyib.
Zərərçəkmiş şəxslər və dövlət ittihamçısı vəsatətin təmin edilməməsini tələb ediblər. Vəsatət təmin edilməyib.
Məhkəmənin baxış martın 31-nə təyin edilib.
Qeyd edək ki, Aygün Akimova özünü sahibkarlara ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) məxfi agenti, vəzifəli şəxs kimi təqdim edərək, onlara 500 min manat dəyərində dələduzluq edib. İttiham aktına əsasən, həmin cinayət işində onun İlham Baxşıyevlə əlbir olduğu qeyd edilir.
Onlar Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunurlar.
Hacı Zeynalov