11 İyul 2014 09:46
1 472
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dənizkənarı Milli Parkda 21 yaşlı gənc dənizə yıxılaraq boğulub.

Teleqraf.com-un xəbərinə görə, hadisə Milli Parkın ərazisində, “Saat qülləsi”nin yaxınlığında qeydə alınıb.


Masallı rayon sakini, 1994-cü il təvəllüdlü Xəyal Cahangirov dənizə düşüb.

Dostları onu xilas etməyə çalışıblar. Amma mümkün olmayıb. 20 yaşlı gənc dənizdə boğularaq ölüb.

Bədbəxt hadisə nəticəsində ölən gəncin bu günlərdə nişan məclisi olmalı imiş.

Hacı Zeynalov


Müəllif: