19 Mart 2017 00:51
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kriminal aləmdə “Hayko Qarabağski” ləqəbiylə tanınan Hayk Nikoqosyan Rusiyadan deportasiya olunub.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 53 yaşlı sabiq “qanuni oğru” dünən səhər saatlarında Domodedovo hava limanından İrəvana uçan ilk aviareyslə yola salınıb.

Rusiyanın Daxili İşlər naziri Vladimir Kolokoltsevin qərarıyla Nikoqosyan ölkədə ömürlük arzuolunmaz şəxs elan edilib.

Xatırladaq ki, bundan əvvəl Kolokoltsev belaruslu qanuni oğruları da ömürlük persona non qrata elan etmişdi.


Müəllif:

Oxşar xəbərlər