Bakıda məşhur cərrah-proktoloq Rasim Həbibov dünyasını dəyişib.
Teleqraf.com 1news.az-a istinadən xəbər verir ki, Həbibov yaşadığı evdə dəm qazından zəhərlənərək vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, o, 2005-ci ildən 2015-ci ilədək Moskva Proktoloji Məkəzdə həkim-proktoloq kimi fəaliyyat göstərib, daha sonra Bakıdakı özəl klinikalardan birində çalışıb.