Oxşar xəbərlər
Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi olub.
Bu barədə Teleqraf.com-a Xətai rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə rayon ərazisində yerləşən pivə zavodunun yaxınlığında qeydə alınıb. 1982-ci il təvəllüdlü Aygün Allahverdiyeva küçənin ortasında bıçaqlanıb. Hadisə gecə saatlarında baş verib.
Aygün Allahverdiyeva ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib və vəziyyətinin ağır olduğu bildirilir. Hadisəni törədən şəxsin kimliyi məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov