Sabirabad rayonunda ehtiyatsızlıqdan ölüm hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Sabirabad rayon Polis Şöbəsindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun mərkəzində qeydə alınıb. Rayon sakini, ruhi xəstə Eston Ağabalayev yaşadığı evin 3-cü mərtəbəsindən yıxılıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.
Hacı Zeynalov