Cəlilabadda baş verən yol qəzasında bir ailənin iki üzvü ölüb, ikisi ağır yaralanıb.
Teleqraf.com APA-ya istinadən xəbər verir ki, ölənlər Masallının Ərkivan qəsəbə sakinləri, “VAZ 2106”-nın sürücüsü 1980-cı il təvəllüdlü Pərviz Abas oğlu Xəlilov və sərnişin, 1970-ci il təvəllüdlü Səbiyyə Ağalı qızı Xəlilovadır.
Yaralılar 1962-ci il təvəllüdlü Famil Kamil oğlu Xəlilov və onun oğlu, 2001-ci il təvəllüdlü Əsəd Xəlilovdur.
Yaralıların vəziyyəti ağır olduğundan paytaxt xəstəxanalarından birinə yola salınıb. “Chevrolet” markalı minik avtomaşınında olan iki nəfər yüngül xəsarət alıb.
Qeyd edək ki, hadisə Ələt-Astara yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. ”VAZ-2106” markalı maşınla “Chevrolet” markalı avtomobil toqquşub. Hadisənin baş vermə səbəbləri araşdırılır.