23 Mart 2017 17:57
437
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə sakinlərindən saxta əsginaslar götürülüb.

Daxili İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, martın 21-də Şəmkir şəhəri 20 Yanvar küçəsində şəhər sakini Anar Məmmədova məxsus mağazaya gəlmiş Gəncə şəhər sakinləri Rufan Ələkbərov və Cəlil Allahyarov sərinləşdirici içki alıb, ödəniş olaraq 20 manat pul veriblər.

Pulun saxta olduğunu və həmin şəxslərin qaçdığını görən mağaza sahibi səs-küy saldığından, R.Ələkbərov və C.Allahyarov həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutulub.

Onlardan 9 ədəd 20 manatlıq saxta əsginas və 1 ədəd bıçaq götürülüb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər