Bakının Xətai rayonunda evlərdən birindın külli miqdarda qızıl əşyası oğurlanıb.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərdən birindən 10.000 manat dəyərində qızıl əşyalar oğurlanması barədə Xətai rayon Polis İdarəsinin 37-ci polis bölməsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Samir Süleymanlı və Cəlilabad rayon sakini Cabir Nağıyev tutulublar.
Samir Süleymanlının əvvəllər məhkumluq həyatı yaşadığı məlum olub.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov