11 İyul 2014 12:03
1 265

Ağstafa rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, əməliyyatı Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları rayonunun Poylu kəndi ərazisində keçiriblər. Keçirilən əməliyyat nəticəsində yabanı halda bitmiş, ümumi çəkisi 4 ton olan 1000 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Hacı Zeynalov


Müəllif:
loading...