Bakı şəhəri, Səbail rayonunda qeydə alınıb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 1180 m2 olan ikimərtəbəli 11 otaqlı mansard tipli evin mansardının tavanının yanar konstruksiyaları və dam örtüyü 280 m2 sahədə yanıb.
Mansardın qalan hissəsi və otaqlar yanğından mühafizə olunub.
Yanğın saat 18:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.