11 İyul 2014 12:20
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonu ərazisində qadının evindən oğurluq edən mütəşəkkil dəstənin daha bir üzvü həbs edilib.

Bu barədə Teleqraf.com-a Yasamal rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 29-da Nəzakət Nəsibovanın mənzilindən oğurluq edən mütəşəkkil dəstənin daha bir üzvü həbs edilib.

Saxlanılan Abşeron rayon sakini İdris Abdullayevdir.

Qeyd edək ki, mayın 29-da M.Seyidov küçəsində yaşayan Nəzakət Nəsibovanın mənzilindən, qapının kilidini sındırmaqla qızıl-zinət əşyaları oğurlanıb. Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Yasamal rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, 28-ci polis bölməsi və Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Babək rayon sakinləri, 1963-cü il təvəllüdlü Fikrət Əliyev və 1985-ci il təvəllüdlü Əli Əliyev tutulub.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: