İsmayıllı rayonunda 5 otaqlı ev yanıb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Qıçatan kəndində (rayon mərkəzindən 38 km aralı) ümumi sahəsi 108 m² olan ikimərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 16:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.