Abşeron rayonunda baş verən dəhşətli qətl hadisəsinin bəzi təfərrüati məlum olub. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Saray qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini Qurban Hüseynov həyat yoldaşı Faraiz Hüseynovanı öldürüb.
O, daha sonra Faraiz Hüseynovanın bacısı qızı, 1999-cu il təvəllüdlü Rəhilə Təbrizliyə bıçaqla xəsarət yetirib. O ağır vəziyyətdə xəstəxanaya gətirilsə də, həyatını xilas etmək mümkün olmayıb. O da vəfat edib.
Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Qurban Hüseynov saxlanılıb. O törətdiyi cinayəti etiraf edib. Bildirib ki, hadisə ailə münaqişəsi zəminində baş verən mübahisə zəminində törədib.
Qurban Hüseynov törətdiyi əməldən peşman olduğunu bildirib.
Rəhilə Təbrizlinin valideynləri bir müddət əvvəl vəfat edib. Bu səbəbdən o, xalası Farizə Hüseynovanın himayəsində yaşayırmış. Qız hadisədən iki gün əvvəl nişanlanıbmış.
Qətli törədən Qurban Hüseynov “N brothers” musiqi qrupunun üzvü İsmayıl Hüseynovun atasıdır.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov