Yevlaxda yanğın qeydə alınıb.
FHN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Yevlax şəhərində vətəndaşa məxsus ümumi sahəsi 80 m2 olan birmərtəbəli 3 otaqlı evin iki otağının çardağı, tavanı 50 m2 sahədə və ev əşyaları qismən yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 13:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.