Ədliyyə Nazirliyi Penitensiar xidmətin 12 saylı cəzaçəkmə müəssisəsində xüsusi əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, əməliyyat zamanı məhkum Mehman Balakişiyevlə qısamüddətli görüşə gələn anası, Sumqayıt şəhər sakini Tərgül Balakişiyevanın üstünə və əşyalarına baxış keçirilib.
Tərgül Balakişiyevanın cibindən içərisində danışıq kartı olan “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Mehman Balakişiyev Cinayət Məcəlləsinin 12.1,279.1; 12.3,28,214.2.1; 12.3,28,214.2.3; 12.1,218.2 və 66.3-cü maddələri ilə ittiham edilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum edilib.
Mehman Balakişiyev 10 nəfərlik mütəşəkkil dəstənin üzvü olub. Onunla birlikdə mühakimə olunan şəxslər 2013-cü ildən 2014-cü ilin müxtəlif aylarınadək Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak ediblər.
Hacı Zeynalov