29 Mart 2017 10:05
4 514
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad rayonunda ata 7 yaşlı oğlunu qətlə yetirməsinin təfərrüatları məlum olub. Teleqraf.com xəbər verir ki, qətl hadisəsi rayonunun Ulacalı kəndində qeydə alınıb.

Kənd sakini, 1990-cı il təvəllüdlü Röyal Məmmədov 7 yaşlı oğlu Röyaminin başına çəkiclə zərbə vuraraq öldürüb. Qətli törədən ata daha sonra polis şöbəsinə gedərək təslim olub.

İstintaq araşdırmaları zamanı məlum olub ki, Röyal Məmmədov bir neçə il əvvəl həbsxanaya düşüb. Bu ilin yanvarında həbsdən azad olunan Röyal Məmmədov ailəsinin yaşadığı evə gəlib.

Bir neçə ay ərzində ailədə davamlı mübahisə olub. Sonuncu mübahisə ər-arvad arasında uşaq üstündə yaranıb. Röyal Məmmədovun həyat yoldaşı deyib ki, uşaq ondan yox, başqa kişidəndir. Qadın iddia edib ki, Röyami ona oxşamır.

Buna görə də qadınla kişi arasında mübahisə baş verib. Sonda Röyal Məmmədov 7 yaşlı oğlunu öldürmək qərarına gəlib.

Martın 28-də Röyal Məmmədov Röyamini kənd ərazisində olan köhnə yeməkxananın ərazisinə aparıb. Orada Röyal Məmmədov Röyaminin başından çəkiclə vuraraq öldürüb.

Faktı ilə bağlı Sabirabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər