Azərbaycanda insan alveri ittihamı ilə axtarışda olan şəxsin tutulması üçün əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Mirdamət Babayev İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməliyyat-axtarış tədbirləri nəticəsində həbs edilib.
Mirdamət Babayev Cinayət Məcəlləsinin 243-cü (fahişəliyə cəlb etmə) maddəsi ilə beynəlxalq axtarışda olub. O, bundan əvvəl də məhkumluq həyatı yaşayıb.
Hacı Zeynalov