29 Mart 2017 20:28
2 119
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində sevgilisi qardaşı ilə dənizə getdiyi üçün qətl törədən Gədəbəy sakini Fidani İsmayılovun apelyasiya şikayət i üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Fidani İsmayılov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fidani İsmayılov 20 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən apelyasiya şikayəti verən Fidani İsmayılov cəzasının yüngülləşdirilməsini istəyib.

Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə qərar elan edilib.

Qərara görə, Fidani İsmayılovun şikayəti təmin edilməyib.

Qətl hadisəsi ötən ilin avqustun 21-də Binəqədi qəsəbəsində baş verib. Fidani İsmayılov qəsəbədə yaşayan sevgilisi Əfsanə Məmmədovanı və onun qardaşı, 15 yaşlı Anar Məmmədovu bıçaqlayıb.

Daha sonra Fidani İsmayılov hadisə yerini tərk edib. Anar Məmmədov hadisə yerində ölüb, Əfsanə Məmmədova isə xəstəxanaya yerləşdirilib. Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Fidani İsmayılov tutulub.

Fidani İsmayılov ifadəsində bildirib ki, Əfsanə Məmmədova ilə sevgili olublar. Onun sözlərinə görə, hadisə baş verən gün sevgilisi ilə arasında qısqanclıq zəminində mübahisə baş verib.

O, qeyd edib ki, mübahisəyə səbəb Əfsanə Məmmədovanın öz qardaşı Anar Məmmədovla onun icazəsi olmadan dənizə getməsi olub. Onun sözlərinə görə, hadisədən 4 ay əvvəl Əfsanə ilə sosial şəbəkələrdən birində tanış olub:

Fidani İsmayılov bildirib ki, Əfsanəgilə gəldikdə qapı bağlı olub və bu səbəbdən əsəbiləşib: “Mənə demədən dənizə getmişdilər. Mən də gəldim qolundan bıçaqla vurdum. Yox qısqanmamışdım, sadəcə əsəbiləşdim”.

Qətli törədən Fidani İsmayılov ailəlidir, himayəsində iki azyaşlı övladı var.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər