Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə “8-ci kilometr” qəsəbəsinin yaxınlığında olan körpünün altında qeydə alınıb.
1975-ci il təvəllüdlü Samir Rəhimov naməlum şəxslə mübahisə edib. O, tanımadığı şəxslə mübahisə edən zaman bıçaq xəsarəti alıb. Samir Rəhimov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nizami rayon Polis İdarəsində cinayət işi başlanıb.
Hacı Zeynalov