30 Mart 2017 15:38
925
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Samir Verdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Samir Verdiyev 18 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, qətl hadisəsi ötən il Sumqayıt şəhərində qeydə alınıb. 1975-ci il təvəllüdlü şəhər sakini Samir Verdiyev keçmiş həyat yoldaşı, 1984-cü il təvəllüdlü Tutuxanım Cəfərovanı yaşadığı evdə bıçaqlayaraq qətlə yetirib. Hadisə qısqanclıq zəminində törədilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər