3 Aprel 2017 09:52
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Lənbəran kəndində yerləşən çayxanada qeydə alınıb.

Kənd çayxanasında Həmid Əliyev həmkəndlisi Mehman İsmayılov ilə mübahisə edib. Həmkəndlilərin mübahisəsi sonda davaya çevrilib.

Bu zaman Həmid Əliyev özündə olan bıçaqla Mehman İsmayılova üç zərbə vurub. Mehman İsmayılov xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Həmid Əliyev polis əməkdaşları tərəfindən saxlanmılıb. Hadisə pul borcu üstündə baş verdiyi bildirilir.

Faktla bağlı Bərdə rayon polis şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər