Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rəsmiyyə Musayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Rəsmiyyə Musayeva 7 il müddətinə azadlıqdan məhrum edilib.
Onun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri ləğv edilib, həbs qətimkan tədbiri seçilib və qadın məhkəmə zaləndan həbs edilib.
Rəsmiyyə Musayeva Bakı şəhər sakini Səməd Hüseynova Xətai rayonunda 2.5 sot toraq satacağını deyib, ondan hissə-hissə ümumilikdə 15 min manat pul alıb.
Lakin verdiyi vədə əməl etməyib və Söməd Hüseynovdan aldlığı pulu şəxsi ehtiyaclarına xərcləyib. İstintaq dövründə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsun 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham olunub.
Hacı Zeynalov