3 Aprel 2017 16:07
1 232
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Elçin Qəmbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Teleqraf.com xəbər verir ki, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

O, təqsirləndirilən Elçin Qəmbərovun cinayətinin məhkəmə istintaqı zamanı sübuta yetirildiyini deyib və barəsində 17 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş edib.

Təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən vəkil çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses aprelin 17-də davam edəcək.

İttihama görə, ötən ilin iyununda Maştağa qəsəbə sakini, 1977-ci il təvəllüdlü Elçin Qəmbərov sərxoş vəziyyətdə keçmiş həyat yoldaşının yaşadığı Qaradağ rayonu Sahil qəsəbəsinə gəlib.

O, atası evinə qayıdan həyat yoldaşını geri aparmaq istəyib. Elçinlə 1977-ci il təvəllüdlü qaynı Cəmaləddin Əliyev arasında mübahisə düşüb.

Bundan sonra Elçin özü ilə gətirdiyi tapançadan keçmiş həyat yoldaşının qardaşına atəş açıb. Cəmaləddin Əliyev Musa Nağıyev adına xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisədən sonra polis Elçin Qəmbərovu saxlayıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər