4 Aprel 2017 13:21
399
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində mübahisə etdiyi şəxsi bıçaqlamaqda təqsirli bilinən Göygöl rayon sakini, 1995-ci il təvəllüdlü Maşallah Qurbanovun cinayət işi üzrə proses başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tədbiq olunan Maşallah Qurbanov 2 il müddətinə sınaq müddəti təyin edilməklə şərti cəza alıb. Barəsində həbs qətimkan tədbiri ləğv edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, hadisə ötən ilin noyabrda Xəzər rayonunda baş verib. Maşallah Qurbanov tanışı olan Bakı sakini Fəxri Mirzəyevlə mübahisə edib. Mübahisə zamanı o, Fəxri Mirzəyevi bıçaqlayıb.

2-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Maşallah Qurbanov tutulub.


O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığına ağır zərbə vurma) maddəsi ilə ittiham edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər