4 Aprel 2017 13:36
845
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Təhlükəsizlik Nazirliyi Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-Texniki İdarənin rəisi, general-mayor Natavan Mirvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası davam edib.

Teleqraf.com-un məlumatına görə, bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi prosesdə zərərçəkmiş Ramin Babayev ifadə verib.

O, bildirib ki, MTN-də ondan pul tələb etməyiblər, MTN-də onu təhqir ediblər: "Təhqir olunsam da, döyülməmişəm. Bununla bağlı üzr istəsələr, şikayətim olmaz".

Ramin Babayev onu kimin təhqir etdiyini açıqlamayıb. O, ifadəsində qızıl alveri ilə məşğul olduğunu, buna görə MTN-ə aparldığını deyib. Bildirib ki, onlara qızıl qaçaqmalçılığında ittiham ediblər.

Proses fasilədən sonra davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər