11 İyul 2014 21:26
1 643
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Türkiyədə tükürpədici hadisə baş verib.



Qaziantepdə yerləşən Yuxarı Nasirlı kəndində rəsmi nikah olmadan ərə verilən 15 yaşlı gəlin intihar edib.



Deyilənlərə görə, 3 ay bundan əvvəl ailəsinin təkidilə zorla ərə verilən 15 yaşlı Yeter Aslan ər evində xoşbəxt olmayıb. Çünki sevmədiyi kişiyə verilib. Ailəsinə qarşı çıxa bilməyən yeniyetmə çıxış yolunu həyatdan getməkdə görüb.



Dünən qayınatasıgilə qonaq gedən 15 yaşlı gəlinin ov tüfəngilə güllələnən meyiti tapılıb. Araşdırmalar zamanı gənc gəlinin intihar etdiyi məlum olub.



Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

/publika.az/


Müəllif: