Qonşusunun azyaşlı qızına qarşı seksual xarakterli hərəkətlər etməkdə ittiham olunan Şəmkir rayon sakini, 1985-ci il təvəllüdlü Vasif Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Vasif Vliyev 2016-cı ilin mayın əvvəllərində saat 13 radlərində yaşadığı Şəmkir rayonu Zəym-Cırdaxan kəndində spirtli içki qəbul edib.
Seksual hərəkət
O, sərxoş vəziyytində qonşusu, 2008-ci il təvəllüdlü Nərminə Babayevanı (ad və soyad şərti verilib – H. Z.) küçdə oynadığını görüb. Vasif ona qarşı seksual xarakterli hərəkətləri etmək qərarına gəlib.
Bu məqsədlə Vasif Vəliyev azyaşlı qıza siqaret aldırmaq üçün pul verəcəyini deyərək, onu aldadıb və yaşadığı evə aparıb. Sonra o, azyaşlı qızı yataq otağında çarpayıya uzadıb.
Vasif Vəliyev həmin vaxt Nərminə Babayevaya seksual xarakterli hərəkətlər edib və daha sonra azyaşlı qızı soyunduraraq onunla zorla cinsi əlaqədə olub.
Daha sonra azyaşlı qız evlərinə gəlib və baş verənləri valideynlərinə danışıb. Azyaşlının valideynləri baş verən olayla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Müraciət əsasında Vasif Vəliyev həbs edilib.
İttiham
Vasif Vəliyev Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə ittiham edilib.
Onun barəsində olan cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Dadaş İmanovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Təqsirləndirilən şəxs qismində ifadə verən Vasif Vəliyev ona elan olunmuş ittiham üzr özünü təqsirli bilib. O, bildirib ki, 2016-cı il mayın əvvəllərində həyat yoldaşı və iki qızı ilə qayınatasıgilə gedib: “Sonra mən işə getdim. İş vaxtı bitəndən sonra evə qayıtdım. Evimin yaxınlığındakı boş sahədə yerləşən mağazadan aldığım kolbasa, çörək və pomidoru yedim, üstündən də araq içdim. Həmin vaxt sərxoş oldum”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, ev gələrkən anasının həyətyanı torpaq sahsində işlədiyini görüb: “Ancaq həmin vaxt anam mənim gəldiyimi görmədi. Anama gəlməyimi hiss etdirmədən evin alt mərtəbəsində olan zirzəmiyə girdim. Orada mastrubasiya ilə məşğul oldum. Həmin vaxt arxaya baxanda zirzəminin qapısının açıq olduğunu, qapının ağzında qonşumuzun qızı Nərminəni gördüm”.
“Dedim ki, köpək qızı, burda nə gəzirsən”
Vasif Vəliyev bildirib ki, həmin vaxt qonşusunun qızının ora gəlməsinə hirslənib: “Ona dedim ki, köpək qızı burda nə gəzirsən. Sonra onun üzündən sill vurdum. Bu zaman Nərminə də oradan getdi. Həmin gün Nərminəyə toxunmamışam, ona qarşı heç bir əxlaqsız hərəkət, seksual xarakterli zorakılıq hərəkətləri etməmişəm. Həmin vaxt özüm ehtirasımı oyatmışam və sonra da boşalmışam”.
Zərərçəkmiş şəxs qismində ifadə verən Nərminə Babayeva bildirib ki, Zəyəm-Cırdaxan kəndində yaşayıb və kənd orta məktəbin 2-ci sinfində oxuyur: “Vasif Vəliyev bizim qonşumuz olub. 2016-cı ilin may ayında, dəqiq tarixi yadımda olmadığı bir gün, saat 13 radəlrində qardaşım ilə küçədə oynayırdıq. Az sonra qardaşım evə getdi. Həmin vaxt qonşumuz Vasif küçəyə çıxaraq, onunla evlərinə getməyimi, siqaret almaq üçün mənə pul vercəyini dedi”.
Zərərçəkmiş qız daha sonra ifadəsində qeyd edib: “Vasif dedi ki, sözümə qulaq asmadığını telefona çəkib atama göstərəcək. Buna görə də onunla getdim. Vasif məni otağa apardı və oradakı çarpayının üstün çıxardı. Vasif mənə qarşı seksual hərəkətlər etməyə başladı. Bu zaman ağlayaraq evimizə getmək istədim. Lakin Vasif əmi getməyə qoymadı”.
“Mənə qarşı əxlaqsız hərəkətlər etdi”
Nərminə Babayevanın sözlərinə görə, həmin vaxt qışqırmaq istəyib: “Amma Vasif qışqırdığım halda məni döyəcəyini bildirdi. Buna görə də qorxdum. Həm tək idim, həm də Vasif sərxoş idi. Qorxduğumdan ona müqavimət göstərə bilmdim. Həmin vaxt Vasif həm özü soyundu, həm də məni soyundurdu. O, mənə qarşı əxlaqsız hərəkətlər etməyə başladı. (zərərçəkmiş ifadəsinin bu hissəsində Vasif Vəliyevin ona qarşı hərəkətlərini çırpaqlığı ilə danışıb. Həmin hissədə zərərçəkmişin ifadəsini dərc etmirik – H. Z.).
Zərərçəkmiş qeyd edib ki, Vasif Vəliyev ona qarşı əxlaqsız hərəkətlər edəndən sonra zorla cinsi əlaqədə olub: “Vasif mənimlə cinsi əlaqədə olandan sonra ayaq səsi gəldi. Vasif tez mənim şalvarımı yuxarı çəkdi, düyməsini bağlayandan sonra özünün də şalvarını yuxarı çəkdi. Sonra Vasif məni başqa otağa apardı və orada dedi ki, səsini çıxarma, anam gəldi. Mən də qorxduğum üçün səsimi çıxarmadım. Bir qədər sonra Vasif anasının tualet getdiyini dedi. Sonra məni evdən çıxardı, məhəllə ilə həyətlərinin arasından keçən setkadan keçirdi və evimizə yola saldı”.
“Mənə qarşı etdiyi hərəkətləri danışdım”
Nərminə Babayeva bildirib ki, evlərində onu birinci anası qarşılayıb: “Anam məni döyərək harada olduğumu soruşdu. Həmin vaxt ağlayaraq Vasifin mənə qarşı etdiyi hərəkətini danışdım. Bu zaman Vasif də həmin yerə gəldi. O, anama dedi ki, uşağı niyə döyürsən? Anam isə onu söydü. Vasif də getdi. Sonra anam paltarlarıma, bədənimə baxdı. Daha sonra anam və nənəm Vasifgilə getdi. Anamla nənəm Vasifin anası və həyat yoldaşı ilə dalaşdı. Bir müddət sonra atam evə gəldi. Atam da anam və nənəmlə Vasifgilə getdi. Onlar yenə də dalaşdılar. Sonra mənim özümü də Vasifgilə apardlar. Vasifin mənə qarşı hansı hərəkətləri etdiyini soruşdular. Vasifin mənə qarşı etdiyi hərəkətləri danışdım. Sonra evimizə gəldim”.
Ciddi rejim: 14 il cəza
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vasif Vəliyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin qərarı ilə Vasif Vəliyev cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməli olacaq.
Məhkəmədə həmçinin zərərçəkmiş şəxsin barəsində məhkəmə-tibbi еkspеrtizаsının rəyi araşdırılıb. 31 may 2016-cı il tarixli ekspert rəyindən görünür ki, 2008-ci ildə anadan olan Nərminə Babayevanın bədən səthində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməyib. Ekspert rəyinə görə, Nərminə Babayevanın qızlıq pərdəsinin tamlığı pozulmayıb.
Məhkəmə hesab edib ki, Vasif Vəliyev azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edib. Buna görə də məhkəmə Vasif Vəliyevi təqsirli hesab edib.
Hökmdən narazı qalan Vasif Vəliyev apelyasiya şikayəti verib. O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini, cəzasının şərti hesab edilməsini istəyib.
Vasif Vəliyevin şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Rəşid Məhərrəmlinin sədrlik etdiyi kollegiyada araşdırılıb.
Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Vasif Vəliyevin şikayəti təmin edilməyib.
Hacı Zeynalov