5 Aprel 2017 13:33
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış mərhum yazıçısı Fərman Kərimzadənin oğlu Əziz Kərimzadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Rahib Salmanovun sədrlik etdiyi prosesdə məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul edilib və çıxış üçün söz prokurora verilib.

Prokuror çıxışa hazırlaşmaq üçün hakimlərdən bir həftə vaxt istəyib.

Növbəti proses aprelin 12-də davam edəcək.

Əziz Kərimzadə barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Bu iş üzrə 4 nəfər zərərçəkmiş şəxs var.

O, Bakı şəhəri 3 saylı Hüquq Məsləhətxanasının vəkili olub. Əvvəllər də dələduzluq əməli törədib. 2012-ci ilin noyabr ayının 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Əziz Kərimzadə və onun tanışı Azər Qurbanov 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilmiş, məhkəmə zalından azadlığa buraxılmışdı.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər