6 Aprel 2017 09:52
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Vidadi Nəzərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Vidadi Nəzərov 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, “28 May” stansiyasında Bakı şəhər sakini Fəvziyyə Yusufovaya məxsus çantadan 5000 rubl və 150 manat oğurlanıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş Vidadi Nəzərov tutulub.

Onun daha üç qadına məxsus mobil telefonları oğurlaması da müəyyənləşib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər