7 Aprel 2017 12:23
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirli bilinən Namiq Əkbərzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Namiq Əkbərzadə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Xətai rayonunda 1979-cü il təvvəllüdlü Dilarə Hüseynova ağır xəsarətlərlə 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. Qadın aldığı zərbələrdən xəstəxanada ölüb.

Məlum olub ki, Dilarə Hüseynovanı 1974-cü il təvvəllüdlü əri Namiq Əkbərzadə ailə-məişət zəminində döyüb. Dəhşətli cinayət ailənin iki azyaşlı övladlarının gözləri qarşısında baş verib.

Əri tərəfindən taxta ilə döyülərək öldürülən Dilarə Hüseynova Bakı Biznes və Koorperasiya Kollecində müəllim işləyirmiş. Namiq Əkbərzadə narkotik maddə istifadəçisi olub.

Namiq Əkbərzadənin sözlərinə görə, hadisə baş verən günü Dilarə ona “uşaq səndən deyil” deyib. Buna görə dı aralarında mübahisə baş verib, onların mübahisəsi sonda qanlı cinayətlə nəticələnib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər