10 Aprel 2017 17:12
370
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci ilin oktyabr-noyabr aylarında Nardaran hadisələri ilə bağlı saxlanılan “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın üzvü Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Əli Hüseynov, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyadov, Elxan Həsənov, Ramil Seyfullayev, Mübariz İbrahimov, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Zeynal Ağayevin sədrlik etdiyi prosesdə təqsirləndirilən Əli Hüseynovun vəkili Zibeydə Sadıqova vəsatətlə çıxış edib.

O, hüquqlarını müdafiə etdiyi şəxsin səhhətində problemlər yarandığını deyib. Bu səbəbdən vəkil Əli Hüseynovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib. Hakimlər vəsatəti təmin etməyiblər.

Sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları - Emin Səfərov, Hətəm Əliyev və Elşən Camalov ifadə veriblər. Onlar təqsirləndirilən Zülfüqar Mikayılovun saxlanılması zamanı keçirilən əməliyyatdan danışıblar.

Şahid Emin Səfərovun sözlərinə görə, Zülfüqar Mikayılov saxlanılan zaman üzərində silah olub: Təqsirləndirilən şəxs saxlanılan zaman keçirilən əməliyyat nəticəsində ona qarşı heç bir təzyiq göstərilmədi. Evinə baxış zamanı oradan 2 qumbara, 2 qumbara alışdırıcısı və Taleh Bağırzadənin müraciət kitabçası tapıldı”.

Digər şahidlər də oxşar ifadə veriblər. Proses aprelin 17-də davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər