Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdən sonra Akif Çovdarovun vəkilləri Kamandar Nəsibov və Sadiq Rəsulov jurnalistlərə açıqlama verməkdən imtina ediblər.
Məlumat üçün bildirək ki, məhkəmə iclası açıq keçirilsə də, prosesə jurnalistlər buraxılmır. Vəkillərin mətbuata proseslə bağlı açıqlama verməməsinə səbəb Akif Çovdarov cəmiyyətdə unudurlmaq istəməsi ehtimal olunur.
Müdafiəçilər özləri mətbuata açıqlama verməmələrinə heç bir səbəb göstərməyiblər. Proses aprelin 12-də davam edəcək.
Hacı Zeynalov