Lənkəran rayon polis şöbəsinin müvəqqəti saxlama kamerasında intihar hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, təcridxanada saxlanılan Lənkəran rayon, 1974-cü il təvəllüdlü Ramil Hüseynov polisə xəsarət yetirib.
O, daha sonra polis əməkdaşının silahını əlindən zorla alıb və özünü güllə ilə vuraq öldürüb.
Qeyd edək ki, martın 18-də Lənkəran rayonun Xolmili kənd sakini, 1950-ci il təvəllüdlü Vahab Səfərovun evə basqın edilib. Basqın edən şəxslər ona baş nahiyəsindən ağır xəsarət yetiriblər.
Ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan Vahab Səfərov Bakıya göndərilib.
Bakıdakı xəstəxanalardan birində aldığı xəsarətdən ölüb.
Hadisəni törədən şəxslərdən biri Ramil Hüseynov olduğu müəyyən edilib. O, hadisədən bir neçə gün sonra həbs olunub.
Məlumata görə, Ramil Hüseynov evə qarət məqsədilə girib.
Vahab Səfərov kənd xəstəxanasının baş həkimi olub.
Hacı Zeynalov