Bakının Sabunçu rayonunda vətəndaşlardan silahlar götürülür.
Teleqraf.com xəbər verir ki, aparılan profilaktiki tədbirlər nəticəsində Nardaran qəsəbə sakini Xəlfəli Səmədzadə müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngini könüllü olaraq 42-ci polis bölməsinə təhvil verib.
Məlumata görə, aprelin 9-da Nardaran qəsəbə sakini Ağavaqif Qurbanov "İJ-16" markalı ov tüfəngini könüllü olaraq polis verib.
Hacı Zeynalov