Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisini öldürməkdə təqsirləndirilən Valentina Flimonovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Valentina Flimonova 16 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, ötən il avqustun 14-də Sabunçu rayonunun Bilgəh qəsəbəsində yaşayan Valentina Flimonova evində qeyri-rəsmi nikah münasibətlərində olduğu Nikolay Orlova bıçaqla xəsarət yetirib. NikolayOrlov hadisə yerində ölüb.
Valentina Flimonova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.
Hacı Zeynalov