Bakının Binəqədi rayonunda 20 yaşlı qız intihara cəhd edib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Gülüstan qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1997-ci il təvəllüdlü Sevda Mahmudova yaşadığı evdə dərman içərək, intihar etmək istəyib. O, ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
İlkin məlumata görə, Sevda Mahmudova sevdiyi oğlandan ayrılıb. Bundan sonra qız dəfələrlə oğlanla münasibət yaratmağa çalışsa da, onların arasında barışıq olmayıb.
Sonda qız çıxış yolunu özünü öldürməkdə görüb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov