12 Aprel 2017 10:08
537
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş prokuror Zakir Qaralov Beyləqanda vətəndaşları qəbul edəcək.

Teleqraf.com xəbər verir ki, qəbul aprelin 21-də saat 10:00-da Beyləqan rayon prokurorluğunun inzibati binasında olacaq.

Görüşdə Beyləqan, İmişli, Ağcabədi, Tərtər, Ağdam, Füzuli, Laçın və Xocavənd sakinləri iştirak edə bilərlər. Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Beyləqan şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli-telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər