13 Aprel 2017 12:32
523
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Fərman Eminovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Fərman Eminov 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ötən ilin iyulunda Sabunçu qəsəbəsi Natavan küçəsi 16 ünvanında 1982-ci il təvəllüdlü Fərman Eminov qonşusu, 1980-ci ildə anadan olan Elməddin Əmənovu bıçaqlayaraq qətlə yetirib.

Bir neçə bıçaq xəsarəti almış 36 yaşlı Elməddinin həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törədən şəxs polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Bildirilir ki, qonşular suya görə dava edib. Belə ki, Elməddin Əmənov qonşuluqda yaşayan Fərman Eminovun həyətinə gedən su borusunu kəsib. Suyun kəsildiyini görən Fərman qonşusu ilə dava edib və münaqişə zəminində onu öldürüb.

Hadisəni törədən Fərman Eminov 3, qətlə yetirilən Elməddin Əmənov isə 2 uşaq atasıdır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər