13 Aprel 2017 14:45
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-Texniki İdarənin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, bu gün günün birinci yarısında Bakı Hərbi Məhkəməsinin hakim Həbib Həsənovun sədrlik etdiyi prosesdə vəkillər jurnalistlərə açıqlama verməkdən imtina ediblər.

Sübahir Qurbanovun vəkilləri - İlkin Mustafa, Azər Tağıyev, Zaur Niftəliyev jurnalistlərə açıqlamalarında bildiriblər ki, bəzi mətbuat orqanları onların adından əsassız və qərəzli informasiyalar yayırlar.

Azər Tağıyevin sözlərinə görə, bəzi qəzetlər və saytlar onların adından əsassız məlumat yayırlar. Vəkil bildirib ki, həmin qurumların əməkdaşlarına indiyə kimi hər hansı açıqlama verməyiblər: “Həmin media qurumlarının nümayəndələri məhkəməyə gəlmirlər. Lakin prosesdən qərəzli məlumatlar yazırlar. Buna görə biz heç bir jurnalistə açıqlama verməyəcəyik”.

Qeyd edək ki, Sübahir Qurbanov və digərlərinin məhkəmə prosesi jurnalistlərin iştirakı olmadan keçirilir. Jurnalistlərin prosesə buruxılamması üçün heç bir əsas göstərilmir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər